Özbəkistanda koronavirusa yoluxanların sayı artıb

Dünya

02.05.2020 - 03:09

Koronavirus sürətlə yayılmaqda davam edir 

 

Özbəkistanda koronavirusa yoluxanların sayı 2 086-ya yüksəlib. 

 

AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bundan əlavə, 1 212 pasiyent sağalıb, 9 nəfər vəfat edib. Hazırda 854 şəxsin müalicəsi davam etidirilir, 80 mindən çox insan karantindədir.

 

Qeyd edək ki, ölkə hökuməti aprelin 1-dən Daşkənddə özünütəcrid rejimi tətbiq edir, yaşı 65-də yuxarı olan vətəndaşların evdən çıxması qadağan olunub.

Müəllif: Ayna.az