Özbəkistan-ABŞ-Əfqanıstan-Pakistan dördtərəfli formatı yaradılıb

Dünya

17.07.2021 - 11:12

Tərəflər yaxın aylarda yenidən görüşmək qərarına gəliblər

 

Daşkənddə keçirilən “Mərkəzi və Cənubi Asiya: regional qarşılıqlı əlaqə. Çağırışlar və imkanlar” adlı beynəlxalq konfrans çərçivəsində Özbəkistan, Amerika Birləşmiş Ştatları, Əfqanıstan və Pakistan Əfqanıstanda sülh prosesinə dəstək vermək üçün yeni dördtərəfli format yaradıblar.

 

AYNA xarici mediaya istinadən bildirir ki, tərəflər Əfqanıstanda və regionda dayanıqlı sülhün və sabitliyin təmin olunması üçün regionda qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin mühüm amil olduğunu bildiriblər.

 

Bölgədə sülhün və regional əməkdaşlığın gücləndirilməsi qarşılıqlı olaraq bir-birini tamamlayır.

 

Tərəflər qarşılıqlı konsensus əsasında əməkdaşlığın şərtlərini müəyyənləşdirmək üçün yaxın aylarda yenidən görüşmək qərarına gəliblər.

Müəllif: Ayna.az