Övladlığa götürülmüş uşaqlarla bağlı monitorinq aparılıb

Xəbərlər

17.07.2021 - 20:17

Son 6 ayda 31 uşaq sosial xidmət müəssisələrindən ailələrinə qaytarılıb

 

2021-ci ilin 6 ayı ərzində dövlət uşaq müəssisələrindəki uşaqların doğma ailə mühitinə qayıdışına nail olunması istiqamətində işlər davam etdirilib. Həmin müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrindən 31 uşaq ailələrinin istəkləri əsasında yenidən doğma ailələrinə qaytarılıb.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AYNA-ya verilən məlumata görə, onlardan 11-i qız, 20-si oğlandır.

 

Nazirliyin e-sosial.az portalı vasitəsilə övladlığagötürmə ilə bağlı edilmiş müraciətlərə uyğun olaraq, yanvar-iyun aylarında 26-sı oğlan, 28-i qız olmaqla 54 uşaq övladlığa verilib.

 

Uşaqların övladlığa götürüldüyü ailələrdə monitorinq işləri də davam etdirilib, övladlığa götürülmüş 206 uşaqla bağlı 204 əyani və 2 distant formada monitorinqlər aparılıb.

Müəllif: Ayna.az