Ötən il dünyada 65 jurnalist qətlə yetirilib

Dünya

14.03.2021 - 13:18

Jurnalistlər üçün təhlükəli ölkə Meksika və Əfqanıstan hesab olunur

 

2020-ci ildə dünyada 65 jurnalist qətlə yetirilib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Jurnalistlərin Beynəlxalq Federasiyası təşkilatının təqdim etdiyi hesabatda bildirilib.

 

Qeyd edilib ki, 2020-ci ildə öldürülən jurnalistlərin sayı, 2019-cu illə müqayisədə 17 nəfər çoxdur.

 

Keçən il jurnalistlər üçün təhlükəli ölkə Meksika və Əfqanıstan hesab olunub. İl ərzində hər iki ölkədə 10 jurnalist öldürülüb. Pakistan, Hindistan və Suriyanın adları da jurnalistlər üçün təhlükəli ölkələr siyahısındadır.

Müəllif: Ayna.az