Ötən il Azərbaycanda 26 mindən çox cinayət qeydə alınıb

Xəbərlər

18.01.2021 - 21:53

Həkimlər Klinikalar SEO Xidməti

Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib

 

2020-ci ildə Azərbaycanda ümumilikdə 26 004 cinayət qeydə alınıb.

 

AYNA xəbər verir ki, bunu daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov kollegiya iclasında deyib.

 

O bildirib ki, cinayətlərin 86,7 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib: "Ölkəmizdə cinayətkarlığa qarşı mübarizə, asayişin və təhlükəsizliyin qorunması sahəsində fəaliyyət digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqədə davam etdirilib, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 8 fakt azalaraq 257 olub".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş