ANAMA minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan AYNA-ya verilən məlumata görə, iyulun 18-dən 24-dək Tərtər, Ağdam, Şuşa, Xocavənd, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 184, tank əleyhinə 11 mina və 181 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Həftə ərzində 953 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.