Ötən həftə 43 nəfər xilas edilib - VİDEO

Xəbərlər

02.06.2025 - 15:21

cedabet dərman SEO Xidməti

Həftə ərzində 654 yanğına çıxış olub

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. AYNA.AZ xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Qeyd olunub ki, FHN-in  “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 654 yanğına çıxış, 42 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN qüvvələri tərəfindən ötən həftə ərzində 7-si azyaşlı olmaqla 43 nəfər xilas edilib, 3 nəfər xəsarət alıb, 9 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş