Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb

Hadisə

18.02.2021 - 09:44

Həkimlər Klinikalar SEO Xidməti

Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub

 

Daxili İşlər Nazirliyi ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.

 

Nazirliyin mətbuat xidmətindən AYNA-ya verilən məlumatına görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 48 cinayətin üstü “isti izlər”lə açılıb.

 

Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş