Ötən gün Azərbaycanda 36 nəfər saxlanılıb

Xəbərlər

26.01.2021 - 14:42

32 cinayətin üstü “isti izlər”lə açılıb

 

Ötən gün ərzində törədilmiş 32 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış dörd cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında baş vermiş iki yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb.

 

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 25 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Müəllif: Ayna.az