Ötən gün 163 nəfər toy şənliklərinə buraxılmayıb

Xəbərlər

19.10.2021 - 11:02

Monitorinqlər 56 şadlıq sarayında, 13 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib

Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri oktyabrın 18-də Bakı şəhərində və respublikanın digər ərazilərində 69 toy şənliyinin monitorinqini aparıblar.

DİN-in Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, monitorinqlər 56 şadlıq sarayında, 13 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 16 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib.

COVID-19 pasportu olmadığına görə 163 nəfər toy şənliklərinə buraxılmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş