Ötən gün 15 nəfər toy şənliklərinə buraxılmayıb

Xəbərlər

01.09.2021 - 11:24

Monitorinqlər 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib

 

Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri avqustun 31-də Bakıda və respublikanın digər ərazilərində 3 toy şənliyinin monitorinqini aparıblar.

 

DİN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, monitorinqlər 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

 

Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib. COVID-19 pasportu olmadığına görə 15 nəfər toy şənliklərinə buraxılmayıb.

Müəllif: Ayna.az