Odre Azule yenidən YUNESKO-nun baş direktoru seçilib

Dünya

10.11.2021 - 06:27

Həkimlər Klinikalar SEO Xidməti

Baş direktor: "Biz sülh üçün çalışmaqda davam edəcəyik"

Odre Azule Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət mələləri (YUNESKO) üzrə baş direktoru vəzifəsinə ikinci müddətə yenidən seçilib.

AYNA-nın məlumatına görə, onun namizədliyi Parisdə keçirilən YUNESKO-nun Baş Konfransının 41-ci sessiyasında təsdiq edilib.

Baş direktor bildirib: "Dörd il əvvəl siz mənim vədlərimi eşidib mənə etibar etdiniz və biz sülh üçün çalışmaqda davam edəcəyik. Mən başa düşürəm ki, mənə böyük bir vəzifə həvalə olunub. Başa düşürəm ki, təşkilatımızın üzərinə böyük məsuliyyət düşür və mən YUNESKO-nun xeyrinə xidmət etmək üçün əlimdən gələni edəcəyəm".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş