Odessaya raket hücumu: 10 nəfər həlak olub

Dünya

01.07.2022 - 07:16

Raketlərdən biri yaşayış binasına, digəri istirahət mərkəzinə düşüb

Bu gün gecə Rusi0ya hərbi qüvvələri Ukraynanın Odessa vilayətinə strateji aviasiyadan bir neçə raket zərbəsi endirib. AYNA UNİAN-a istinadən bildirir ki, raketlərdən biri doqquz mərtəbəli binaya düşüb.

Odessa Hərbi Administrasiyasının spikeri Sergey Bratçuk “Telegram” səhifəsində yazıb ki,  nəticədə on nəfər həlak olub.

“İkinci raket isə Belqorod-Dnestrovski rayonundakı istirahət mərkəzinə düşüb. 9 mərtəbəli yaşayış binasının bir bloku tamamilə dağılıb”, - deyə o, qeyd edib.

UNİAN qeyd edir ki, üçü uşaq olmaqla yeddi yaralıya artıq tibbi yardım göstərilib. Təxminən 20 kvadratmetr sahədə evə bitişik mağazada da dağıntılar var. İstirahət mərkəzində yanğın aşkar edilməyib. Ölənlərin və yaralananların sayı dəqiqləşdirilir.

Müəllif: Ayna.az