A PHP Error was encountered

Severity: Warning

Message: file_get_contents(/home/aynaaz/public_html/application/cache/random_posts_lang1): failed to open stream: No such file or directory

Filename: drivers/Cache_file.php

Line Number: 275

Backtrace:

File: /home/aynaaz/public_html/application/helpers/post_helper.php
Line: 186
Function: get

File: /home/aynaaz/public_html/application/core/Core_Controller.php
Line: 161
Function: get_cached_data

File: /home/aynaaz/public_html/application/controllers/Home_controller.php
Line: 7
Function: __construct

File: /home/aynaaz/public_html/index.php
Line: 329
Function: require_once

Odessada şəhidlərimiz anılıb - Ayna.az

Odessada şəhidlərimiz anılıb

Xəbərlər

30.09.2021 - 14:44

Qazi: “Mənim üçün ən xoşbəxt gün doğma kəndimizin işğaldan azad edildiyi gün idi”

Ukraynanın Odessa vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun “Birlik” təşkilatı 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AYNA-ya verilən məlumata görə, Azərbaycan Evində təşkil olunan anım mərasimində Türkiyənin Odessadakı baş konsulu Birey Yılmazsoy, Vətən müharibəsinin qaziləri və “Birlik” təşkilatının idarə heyətinin üzvləri iştirak ediblər. Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə “Birlik” təşkilatının idarə heyətinin sədri Rövşən Quliyev, idarə heyətinin üzvü Fazil Əsgərov, baş konsul Birey Yılmazsoy çıxış ediblər. Bildirilib ki, xalqımız, dünya azərbaycanlıları və Türk dünyası Qarabağ torpaqlarını erməni işğalından azad edən, parlaq Qələbəmizə öz töhfəsini bəxş edən hər bir şəhidimizin və qazimizin qarşısında baş əyir və minnətdarlığını bildirir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin qazandığı Qələbənin tariximizə qızıl hərflərlə həkk olunduğunu vurğulayan natiqlər Türkiyənin ölkəmizə siyasi-mənəvi dəstəyini yüksək qiymətləndiriblər.

Döyüş təəssüratlarından danışan İkinci Qarabağ müharibəsinin qazisi Şahin Kərimov bildirib ki, hər kəndin, qəsəbənin və şəhərin erməni işğalından azad edilməsi Silahlı Qüvvələrimizin hərbçilərində əsl bayram əhval-ruhiyyəsi yaradırdı. “Mənim üçün ən xoşbəxt gün doğma kəndimizin işğaldan azad edildiyi gün idi”, - deyə qazimiz vurğulayıb.

Tədbir Vətən müharibəsinə həsr olunmuş video və fotomaterialların nümayişi ilə başa çatıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş