Nyu-Yorkda sinaqoqlara 2 gün ərzində altı dəfə hücum olub

Dünya

26.04.2021 - 16:42

Həkimlər Klinikalar SEO Xidməti

Polis hadisənin nifrət zəmnində törədildiyini ehtimal edir

 

İki gün ərzində Nyu-Yorkdakı iki sinaqoqa altı dəfə hücum edilib. AYNA xəbər verir ki, bu barədə CNN televiziya kanalı polisə istinadla xəbər yayıb.

 

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Riverdale bölgəsindəki iki sinaqoq dəfələrlə hücuma məruz qalıb.

 

Naməlum şəxs sinaqoqların qapılarının şüşələrini daşla döyəcləyib. Hadisələr gecə gec saatlarda, ya da səhər tezdən baş verib. Kamera görüntülərində hücumların eyni şəxs tərəfindən edildiyi aydınlaşıb.

 

Polis hadisənin nifrət zəmnində törədildiyini ehtimal edir. Həmin şəxsin saxlanılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş