Uçuşlara ən çox məhdudiyyət ABŞ-ın şərq sahillərindəki şəhərlərə qoyulub
Gözlənilən qar fırtınası səbəbindən Nyu-York və onun ətrafındakı aeroportlardan bazar ertəsi gününə planlaşdırılan aviareyslərin böyük əksəriyyəti ləğv olunub.
AYNA xarici mediaya istinadən bildirir ki, Nyu-Yorkun Con Kennedi beynəlxalq aeroportunda 154 aviareys, yaxud bütün uçuşların 72 faizi ləğv edilib. Həmin göstərici La-Guardia hava limanında 106 reysə (89 faiz), Nyu-Cersi ştatı ilə qonşu olan Liberti aeroportunda isə 162 reysə (72 faiz) çatır.
Uçuşlara ən çox məhdudiyyət ABŞ-ın şərq sahillərindəki şəhərlərə qoyulub.
Proqnozlara əsasən, meqapolisdə və ətraf şəhərlərdə güclü qar yağması, şiddətli külək və yollarda görüntünün pisləşməsi gözlənilir. Qar örtüyünün hündürlüyü yarım metrə çata bilər ki, bu da son beş ildə ən yüksək göstəricidir.