Nyu-Yorkda koronavirusa yoluxan 15 uşaq xəstəxanaya yerləşdirilib

Dünya

06.05.2020 - 02:53

Xəstəliyə daha çox 5 yaşdan aşağı uşaqlar yoluxur

 

ABŞ-ın Nyu-York şəhərində 15 uşaq “kavasaki sindromu” diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, uşaqlar arasında yeni yayılan və koronavirusla əlaqəsindən şübhə edilən nadir xəstəlik bundan əvvəl 6 Avropa ölkəsində 100 uşaqda müşahidə edilmişdi.

 

Xəstəxanaya yerləşdirilən uşaqların 4-də koronavirus testi də pozitiv çıxıb. 5 nəfər isə süni nəfəs aparatına qoşulub.

 

Simptomları kavasaki xəstəliyinə bənzəyən yeni infeksiya əsasən ürək və damar iltihabı probleminə yol açır.

 

Virusa yoluxanlarda qızdırma, əl və ayaqların şişməsi, gözdə qızarıqlıq, boğazda iltihablanma müşahidə olunur. Xəstəliyə daha çox 5 yaşdan aşağı uşaqlar yoluxur.

 

ÜST artıq xəstəliklə bağlı hərəkətə keçib və araşdırmalar başlayıb.

 

Qeyd edək ki, yeni növ xəstəlik Böyük Britaniya, İtaliya, İspaniya, İsveçrə, Belçika və Fransa kimi Avropa ölkələrində də müşahidə olunur.

Müəllif: Ayna.az