Nyu-Yorkda fövqəladə vəziyyət elan edilib

Dünya

07.07.2021 - 08:23

“Odlu silah istifadə etməklə zorakılıq ictimai səhiyyə sahəsini böhrana aparıb”

 

ABŞ-ın Nyu-York ştatının qubernatoru Endryu Kuomo silah istifadəsi ilə bağlı cinayətlərin artması fonunda fövqəladə vəziyyət elan edib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə qubernator "Twitter" səhifəsində yazıb.

 

Kuomo yazıb  ki, odlu silah istifadə etməklə zorakılıq ictimai səhiyyə sahəsini böhrana aparıb: “Hazırkı tədbir bu böhrandan çıxmaq üçün lazım olan resursları və diqqəti sərf etməyimizə imkan verəcək”.

 

Müəllif: Ayna.az