Norveç Rusiyadan neft idxalını qadağan edib

İqtisadiyyat

18.06.2022 - 09:11

Norveç Aİ-nin tətbiq etdiyi sanksiyalara qoşulub

Norveç hökuməti Rusiyadan xam neft və neft məhsullarının idxalını qadağan edib. AYNA xəbər verir ki, bu barədə Norveçin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, ölkə Avropa İttifaqının tətbiq etdiyi sanksiyalara qoşulur. Qadağa dərhal qüvvəyə minsə də, keçid dövrü müəyyən edilib. 2022-ci il dekabrın 5-dək xam neft, 2023-cü il fevralın 5-dək hazır neft məhsullarının idxalına icazə verilir. Həmçinin Rusiya neftinin üçüncü ölkələrə ötürülməsinə texniki yardım göstərilməsi də qadağan edilib.

Müəllif: Ayna.az