“Onda heç bir ciddi xəstəlik aşkar olunmayıb"
Norveç Kralı V Harald xəstəxanaya yerləşdirilib.
AYNA-nın məlumatına görə, bu barədə “TASS” agentliyi Norveç Kral ailəsinin mətbuat xidmətinə istinadən xəbər verib.
Qeyd edilir ki, V Haraldın xəstəxanaya yerləşdirilməsinə səbəb başgicələnməsi olub.
“Onda heç bir ciddi xəstəlik aşkar olunmayıb”, - mətbuat xidmətindən bildirilib.