Nikol Xankəndinə gəldi, tez də Yerevana qayıtdı

Aktual

06.10.2020 - 17:51

Paşinyan hərbi situasiyanın acınacaqlı olması barədə məlumat aldıqdan sonra bölgəni tərk edib

 

Ermənistanın Baş Naziri Nikol Paşinyanın Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib. AYNA düşmən ölkə mətbuatına istinadən bildirir ki, bu gün Xankəndinə gələn Paşinyan separatçı rejimin “rəhbərliyi” ilə iclas keçirib, hazırda davam edən müharibəni müzakirə edib.

 

Məlumatda qeyd edilib ki, Paşinyan Xankəndində gəldikdən bir neçə saat sonra Qarabağı tərk edərək Yerevana dönüb.

 

“O, cəmi bir neçə saat Xankəndində olub. Hərbi situasiyanın acınacaqlı olması barədə məlumat aldıqdan sonra bölgəni tərk edib”, - deyə qeyd olunub.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə