Nigerdə dövlət çevrilişinin qarşısı alınıb

Dünya

31.03.2021 - 23:57

Əvvəlcə ağır silahlardan atəş açılıb, daha sonra atışma başlayıb

 

Nigerdə dövlət çevrilişinə cəhd olub. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Niger hökuməti təsdiqləyib və qiyamçıların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün istintaq başladıldığını bildirib.

 

Daha əvvəl yerli KİV Niameyanın mərkəzində hökumət sarayının yaxınlığında silah səslərinin eşidildiyini yazmışdı. Təxminən saat 03:00 radələrində əvvəlcə ağır silahlardan atəş açılıb, daha sonra atışma başlayıb. Bir saat davam edən atışmadan sonra silah səsləri şəhərin müxtəlif yerlərində eşidilməyə davam edib.

 

Niger hökumətinin rəsmi nümayəndəsi Zəkəriyyə Əbdürrəhman bildirib ki, artıq bir neçə nəfər saxlanılıb.

Müəllif: Ayna.az