Əsas səhifə Haqqımızda Xəbər lenti

Prezidentdən nazir müavini ilə bağlı SƏRƏNCAM

Prezidentdən nazir müavini ilə bağlı     SƏRƏNCAM

Elmir Vəlizadə vəzifəsindən azad edilib

 

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə vəzifəsindən azad edilib. AYNA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

 

Qeyd edək ki, onun yerinə müvafiq Sərəncamla Rüstəmov Rövşən Mürvət oğlu təyin edilib.

 

Xatırladaq ki, E.Vəlizadə 1964-cü ildə Mingəçevir şəhərində anadan olub, 1982-ci ildə Avtomatlaşdırılmış İdarəetmə Sistemləri ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil alıb.

 

O, 2007-ci ildən rabitə və informasiya texnologiyaları nazirinin müavini, 2014-cü ildən rabitə və yüksək texnologiyalar nazirinin müavini, 2018-ci ildən isə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini olub.

Müəllif: Ayna.az      15 İyun 2021 11:21
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin