Nərminin qətli ətrafında sirr pərdəsi - <font color=red> Təqsirli şəxsin qardaşı danışdı</font>

Cəmiyyət

19.01.2020 - 11:02

Adil Süleymanov: “Nərminin atasına səslənirəm ki, bu məsələnin yenidən araşdırılmasını birlikdə tələb edək”

 

Tovuzun Dondar Quşçu kəndində baş verən dəhşətli cinayətin - Nərmin Quliyeva qətlinin araşdırması davam edir. Bununla yanaşı, cəmiyyət hələ də bu hadisənin şokundan ayılmayıb. Cinayətdə təqsirli şəxs qismində saxlanılan olsa da, insanların sualları bitib tükənmir.

 

Bu günlərdə qətldə şübhəli bilinərək həbs edilən İlkin Süleymanovun atası İbrahim Süleymanov AYNA-nın redaksiyasına müraciət edərək, oğlunun şərləndiyini iddia edib. O, ölkə başçısından haqq-ədalətin bərpa olunmasına yardım etməsini xahiş edib.

 

Bu dəfə isə İlkin Süleymanovun qardaşı Adil Süleymanov baş verənlərlə bağlı AYNA-ya danışıb. O da qardaşının haqsız yerə həbs edildiyini və şər-böhtana məruz qaldığını deyib.

 

“Ailəmiz çarəsiz vəziyyətdədir. Yanvarın 6-dan bu günə qədər qardaşımdan xəbərimiz yoxdur. Bizim görüşməyimiz əngəllənir. Qapalı məhkəmədə deyilib ki, qardaşım yanvarın 10-dan istintaqa cəlb olunub, amma onu yanvarın 6-dan ifadə almaq adı ilə aparıblar. Biz ailə olaraq tələb edirik ki, bu müddət məsələsinə aydınlıq gətirilsin. Axı həmin 4 gün niyə gizlədilir? Əminik ki, həmin müddətdə qardaşıma nələrsə edilib, cinayət boynuna qoyulub”, - A.Süleymanov bildirib.

Qardaşının bu cinayətdə heç bir formada əlinin olmadığına əminlik ifadə edən müsahibimizin sözlərinə görə, bunun üçün kifayət qədər əsaslar var: “Atam Nərmin itkin düşən müddətdə insult keçirmişdi deyə, bacım müalicədən sonra ona baxmaq üçün həmin evdə qalırdı. E

Müəllif: Raminə Eyvazqızı