Neftin qiyməti ucuzlaşmaqda davam edir

İqtisadiyyat

20.10.2020 - 11:02

Azərbaycan neftinin qiyməti də ucuzlaşır

 

Dünya birjalarında neft qiymətləri ucuzlaşmaqda davam edir. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,14 dollar geriləyərək 42,48 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,26 dollar ucuzlaşaraq 40,57 dollar olub.

 

Azərbaycan neftinin qiyməti də ucuzlaşır. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,01 dollar ucuzlaşaraq 42,44 dollar təşkil edib.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az