Neftin qiyməti ucuzlaşır

İqtisadiyyat

02.09.2021 - 12:38

“Azeri Light” nefti 71 dollardan baha satılır

 

Dünya birjalarında neft qiymətləri ucuzlaşır. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,15 dollar azalaraq 71,44 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,20 dollar ucuzlaşaraq 68,39 dollar olub.

 

Azərbaycan neftinin də qiyməti ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,89 dollar azalaraq 71,32 dollar təşkil edib.

 

Qeyd edək ki, ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.

Müəllif: Ayna.az