İki yüz milyard dolları hara xərclədik...

İqtisadiyyat

20.09.2019 - 16:24

və ya geridə qalan 25 il ərzində Azərbaycan nələrə nail oldu?

 

1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”ndən 25 il keçir. 25 il əvvəl bağlanmış müqaviləyə görə, Bakıda “Xəzər dənizinin Azərbaycan sektoru neft yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməli və hasil olunan neft müştərək şəkildə bölüşdürülməli, bununla da ölkənin sərvəti günü-gündən artmalı idi.

 

Dünyanın 11 ən böyük neft şirkəti bu müqaviləyə imza atmışdı. Lakin “Əsrin müqaviləsi”ndən əvvəl daha bir mühim saziş əldə olunmuşdu - “Bişkek protokolu”. Protokola görə, Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəs əldə olunmalı, işğal olunmuş torpaqlar isə geri qaytarılmalı idi.

 

Bəs geridə qalan bu 25 il ərzində Azərbaycan nələrə nail oldu? “Əsrin müqaviləsi” və “Bişkek protokolu” özünü nə dərəcədə doğrulda bildi?

 

Mövzunu AYNA-ya şərh edən millət vəkili, tarix üzrə elmlər doktoru Musa Qasımlının sözlərinə görə, “Əsrin müqaviləsi” müasir Azərbaycan dövlətçiliyinin inkişafında dönüş nöqtəsi, təməl daşı olub: “Müqavilə imzalanana qədər müsətqilliyin mövcudluğu təhlükə altında idi. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Dövlət müstəqilliyinin bərpası və dövlət quruculuğu mürəkkəb daxili və xarici şəraitdə gedirdi. Bir tərəfdən Ermənistan Azərbaycanın daxilli işlərinə kobud müdaxilə və hərbi təcavüz edir, Azərbayacan qarşı qarşı müharibə aparır, digər tərəfdən də ölkə daxilində gərgin vəziyyət yaranırdı. Nəticədə Azərbaycan ümumi böhrana düçar olmuşdu. Müstəqil dövlətin mövcudluğu təhlükə altında idi”.

Mərahim Nəsib