Azərbaycanın strateji valyuta ehtiyatları artıb

İqtisadiyyat

29.01.2021 - 15:59

Bu il inflyasiyanın 4 faiz diapozonunda formalaşacağı gözlənilir

 

İlin əvvəlindən Azərbaycanın strateji valyuta ehtiyatları 0,3 faiz artaraq 51,4 milyard ABŞ dolları təşkil edib.

 

AYNA xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov yanvarın 29-da faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

 

E.rüstəmov onu da bildirib ki, 2021-ci ildə Azərbaycanda inflyasiyanın 4 faiz diapozonunda formalaşacağı gözlənilir.

 

 

Müəllif: Ayna.az