Beynəxalq Valyuta Fondu xəbərdarlıq edib

İqtisadiyyat

14.04.2020 - 19:42

Pandemiya 2020-ci ilin ikinci yarısında ləğv edilərsə, gələn il qlobal artımın 5,8% -ə çatacağı proqnoz edilir

 

Beynəlxalq Valyuta Fondu(BVF) bildirir ki, dünya ölkələri onilliklər ərzində ən sürətli tempdə inkişaf etməsinə baxmayaraq, koronavirus bu il qlobal iqtisadiyyatı hələlik 3% geri salıb.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, BVF bu qlobal enişi 1930-cu illərin “Böyük Depressiyası”ndan bəri baş verən ən pis vəziyyət adlandırıb.

 

Fond bəyan edib ki, pandemiya uzun müddət davam etsə, hökumətlər və mərkəzi bankların böhranı idarə etmək imkanları tükənə bilər.

 

BVF-nun baş iqtisadçısı Gita Gopinath məlumat verib ki,  İngiltərə, Almaniya, Yaponiya və ABŞ kimi ölkələrdə koronaviris böhranına"sürətli və ölçülü" cavab versə də, heç bir ölkə qlobal iqtisadi enişdən qurtula bilməyəcək.

 

Pandemiya 2020-ci ilin ikinci yarısında ləğv edilərsə, gələn il qlobal artımın 5,8% -ə çatacağı proqnoz edilir.

Müəllif: Ayna.az