Neftin qiyməti ucuzlaşıb

İqtisadiyyat

11.06.2022 - 11:25

Azərbaycan neftinin bir bareli 128 dollardan baha satılır

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,06 dollar azalaraq 122,01 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,84 dollar ucuzlaşaraq 120,67 dollar olub.

Azərbaycan neftinin də qiyməti ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,22 dollar azalaraq 128,93 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.

Müəllif: Ayna.az