Neftin qiyməti ucuzlaşıb

İqtisadiyyat

03.11.2021 - 15:59

Azərbaycan neftinin qiyməti dəyişməyib

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,17 dollar azalaraq 83,55 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,40 dollar ucuzlaşaraq 82,51 dollar olub.

Azərbaycan neftinin qiyməti isə dəyişməyib. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 87,08 dollar qalıb.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.

Müəllif: Ayna.az