“Fitch”in son qərarından sonra qardaş ölkənin sərmayə cəlbediciliyinin azalacağı gözlənilir
“Fitch” beynəlxalq reytinq agentliyi Türkiyənin uzunmüddətli defolt reytinqini (EDR) “BB” səviyyəsindən “BB-” səviyyəsinə endirib. Qurumun reytinq üzrə proqnozu da “Mənfi”dir.
AYNA xəbər verir ki, bu barədə şəxsi “Facebook” hesabında iqtisadçı-ekspert Vüqar Bayramov paylaşım edib. Onun yazdığına görə, təşkilat bunu Türkiyə Mərkəzi Bankının sədrinin işdən azad olunması və eləcə də Türkiyənin Rusiyadan “S-400” zenit raket kompleksləri almasından sonra ABŞ-ın sanksiyaları ilə üzləşəcəyi ehtimalı ilə əlaqələndirir.
Ayna.az