Neftin qiyməti ucuzlaşıb

İqtisadiyyat

28.10.2021 - 12:16

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan nefti 86,89 dollara satılır

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,94 dollar azalaraq 83,64 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,90 dollar ucuzlaşaraq 81,76 dollar olub.

Azərbaycan neftinin də qiyməti ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,28 dollar azalaraq 86,89 dollar təşkil edib.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş