Neft yenidən bahalaşıb

Dünya

12.08.2020 - 09:33

Neftin qiymətində bahalaşma müşahidə olunub

 

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,45% artaraq 1 barelə görə 44,70 dollar təşkil edib.

 

AYNA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında sentyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,29% artaraq 41,73 dollar olub.

Müəllif: Ayna.az