Neft ucuzlaşıb

İqtisadiyyat

05.03.2025 - 09:54

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan neftinin qiyməti 74 dollardan aşağı enib

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin may müqaviləsinin dəyəri 0,35% azalaraq 1 barelə görə 70,79 ABŞ dolları təşkil edib.

AYNA.AZ bildirir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprel ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,85% azalaraq 1 barelə görə 67,68 ABŞ dollarına bərabər olub.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti də cüzi ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,33 ABŞ dolları və ya 3,08% azalaraq 73,35 ABŞ dollarına enib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 75,68 ABŞ dolları təşkil edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş