Neft qiymətləri ucuzlaşıb

İqtisadiyyat

01.07.2022 - 12:06

Azərbaycan neftinin bir bareli 123 dollardan baha satılır

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,43 dollar azalaraq 108,60 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,63 dollar ucuzlaşaraq 105,13 dollar olub.

Azərbaycan neftinin də qiyməti ucuzlaşıb. Belə ki, xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,41 dollar azalaraq 123,40 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.

Müəllif: Ayna.az