"Azeri Light"ın bir barelinin qiyməti 73,85 ABŞ dollarına çatıb
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin may müqaviləsinin dəyəri 1,30% artaraq 1 barelə görə 70,36 ABŞ dolları təşkil edib.
AYNA.AZ xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprel ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 1,02% artaraq 1 barelə görə 67,04 ABŞ dollarına bərabər olub.
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti də bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,89 ABŞ dolları və ya 2,63% artaraq 73,85 ABŞ dollarına çatıb.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 71,96 ABŞ dolları təşkil edib.