Nazirlər Kabinetindən marşrut və metro ilə bağlı <font color=red> QƏRAR</font>

Xəbərlər

29.06.2021 - 20:05

Avqustun 1-dək ictimai nəqliyyat və metro şənbə və bazar günləri işləməyəcək

 

Şənbə və bazar günləri ictimai nəqliyyatın hərəkətinə qoyulan qadağanın müddəti uzadılıb.

 

AYNA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına etdiyi dəyişiklikdə əksini tapıb.

 

Qərara əsasən, 2021-ci il 4 iyul saat 00:00-dan 5 iyul saat 06:00-dək, 10 iyul saat 00:00-dan 12 iyul saat 06:00-dək, 17 iyul saat 00:00-dan 19 iyul saat 06:00-dək, 24 iyul saat 00:00-dan 26 iyul saat 06:00-dək, 31 iyul saat 00:00-dan 1 avqust saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

 

Avqustun 1-dək Bakı Metropolitenində də şənbə-bazar günləri sərnişindaşıma fəaliyyəti dayandırılır.

 

Qərara əsasən, 2021-ci il 4 iyul saat 00:00-dan 5 iyul saat 06:00-dək, 10 iyul saat 00:00-dan 12 iyul saat 06:00-dək, 17 iyul saat 00:00-dan 19 iyul saat 06:00-dək, 24 iyul saat 00:00-dan 26 iyul saat 06:00-dək, 31 iyul saat 00:00-dan 1 avqust saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Müəllif: Ayna.az