Nazir müşaviri: “Süründürməçilik olmadan məsələnin həllini istəyirik”

Xəbərlər

09.06.2020 - 18:27

cedabet dərman SEO Xidməti

“Bizdə olan məlumatlar təsdiqini tapmırsa, ayın sonuna kimi məlumatları dəqiqləşdirsinlər”

 

“Həssas qruplardan olan tələbəyə imkan veriləcək ki, təhsil haqlarının ödənilməsi ilə bağlı sənədlərini iyunun sonuna qədər aidiyyəti üzrə təqdim etsin. Sənəd qəbulu iyunun 10-da başa çatır”.

 

AYNA xəbər verir ki, bu barədə Təhsil nazirinin müşaviri Elnur Məmmədov açıqlama verib. Bildirib ki, məqsəd son tarixlə prosesi yekunlaşdırmaq deyil: “Bizdə olan məlumatlar təsdiqini tapmırsa, ayın sonuna kimi məlumatları dəqiqləşdirsinlər, sənədlərin tamlığına diqqət edilsin. İstəyimiz süründürməçilik olmadan rahat şəkildə məsələnin həllini tapmasıdır”.

 

Qeyd edək ki, bu günədək elektron portalda bakalavriat səviyyəsində təhsil alan 18 252, magistratura səviyyəsində təhsil alan 1 061, ümumi orta təhsil bazasından orta ixtisas təhsili alan 2 547, tam orta təhsil bazasından orta ixtisas təhsili alan 1 939 və peşə təhsili pilləsində təhsil alan 424 nəfər öz ərizələrini təsdiq edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş