Nazarbayevanın səlahiyyətlərinə xitam verildi

Dünya

02.05.2020 - 14:01

Qazaxıstan prezidenti bununla bağlı fərman imzalayıb

 

Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev Senatın spikeri Dariqa Nazarbayevanın səlahiyyətlərinə xitam verilməsi haqqında fərman imzalayıb.

 

Bu haqda AYNA xarici mediaya istinadən məlumat verir.

 

Xatırladaq ki, Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin böyük qızı olan Dariqa Nazarbayeva ölkə Senatının yuxarı palatasının deputatları tərəfindən 2019-cu ilin martında spiker seçilmişdi.

Müəllif: Ayna.az