Naxçıvan-Şahbuz yolunda qəzada 3 nəfər xəsarət alıb

Hadisə

27.05.2025 - 00:32

cedabet dərman SEO Xidməti

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib

Naxçıvan-Şahbuz magistral yolunda yol-nəqliyyat hadisəsi baş verib.

AYNA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə yolun Babək rayonu Uzunoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 75-BD-090 dövlət nömrə nişanlı, "VAZ 2103" markalı avtomobillə 67-BH-202 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil toqquşub. Qəzada 3 nəfər xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş