Naxçıvan istiqamətində mövqelərimiz intensiv atəşə tutulub - RƏSMİ

Xəbərlər

13.06.2023 - 19:07

cedabet dərman SEO Xidməti

Nazirlik: "Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır"

İyunun 13-ü saat 17:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini minaatanlar da daxil olmaqla iriçaplı silahlardan atəşə tutub.

Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

"Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülür. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Bildiririk ki, bölgədə vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda deyilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş