Ziyafət mətbuata qapalı keçirilib
İngiltərə kraliçası II Yelizaveta Londonda Zirvə görüşündə iştirak edən NATO üzv dövlət rəsmiləri üçün ziyafət verib.
AYNA-nın APA-ya istinadən verdiyi xəbərə görə, ziyafət mətbuata qapalı keçirilib.
NATO-nun baş katibi Yens Stoltenberq özünün tvitter səhifəsində Kraliça və üzv 29 ölkə liderinin olduğu fotonu paylaşayaraq NATO-nun 70 illiyinin müttəfiqlərlə birgə Bakinqham Sarayında keçirilməsindən böyük məmnuniyyət duyduğunu bildirib.
Qeyd edək ki, ziyafət keçirilən zaman sarayın qabağına çox sayda insanlar toplaşaraq NATO və Tramp əleyhinə şüarlar səsləndiriblər.