“Bu ilki dəstək paketlərinin ümumi həcmi ötən ilə nisbətdə daha çox olacaq”
Niderlandda NATO sammitindən əvvəl Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen, Ukrayna Prezidenti Volodimir Zelenski, Avropa Şurasının prezidenti Antoniu Koşta və hərbi blokun rəhbəri Mark Rutte arasında görüş keçirilib. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, görüşdən sonra tərəflər mətbuata açıqlamalar veriblər.
NATO baş katibi təkcə cari ilin birinci yarısında Ukraynaya ümumilikdə 35 milyard avro həcmində dəstək ayrıldığını və bu dəstəyin daha da artacağını vurğulayıb. Onun sözlərinə görə, “bu ilki dəstək paketlərinin ümumi həcmi ötən ilə nisbətdə daha çox olacaq”.
Leyen isə Avropa ölkələri üçün 150 milyard avroluq kredit fondu yaradıldığını və Ukraynanın da bu fonddan istifadə edə biləcəyini deyib.