NATO Baş katibi Azərbaycana təşəkkür edib

Dünya

21.08.2021 - 03:12

Həkimlər Klinikalar SEO Xidməti

Yens Stoltenberq: "24 saat fasiləsiz olaraq təxliyyələr üçün çalışırıq"

 

“Dünyanın gözü Əfqanıstandadır. Yenidən terror təşkilatlarının kök salmasına icazə verməyəcəyik”.

 

AYNA xəbər verir ki, bunu NATO ölkələri Xarici İşlər Nazirlərinin iclasından sonra Baş katib Yens Stoltenberq deyib.

 

“24 saat fasiləsiz olaraq təxliyyələr üçün çalışırıq. Türkiyə açar rol oynayır. Xüsusən Türkiyə, ABŞ və İngiltərəyə Kabildəki hava limanının təhlükəsizliyini təmin etməkdə oynadıqları həyati rol üçün təşəkkür edirəm.

 

Azərbaycana da hava limanı təhlükəsizliyinə dəstəyinə görə minnətdarıq”, - o vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş