Mərhum iynədən sonra aneflaktik şok keçirib
“Bank Respublika” ASC-nin Müşahidə Şurasının üzvü və bankın əsas səhmdarı Natiq Quliyevin oğlunun ölüm səbəbi bəlli olub. AYNA Report-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam Bakı şəhəri Məmməd Araz küçəsi 2 ünvanında qeydə alınıb.
15 yaşlı oğlanın axşam saatlarında hərarəti artıb. Ona ev şəraitində iynə vurulub. Mərhum iynədən sonra aneflaktik şok keçirib. Dərhal özəl xəstəxanadan təcili yardım çağırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı Demokrat.az saytı yayıb.