İsrailin Natanz nüvə obyektinə hücumundan sonra radioaktiv çirklənmə əlamətləri yoxdur
İsrailin Natanzdakı nüvə obyektinə hücumundan sonra radiasiya sızması aşkar edilməyib. AYNA.AZ xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Bildirilib ki, İsrailin Natanz nüvə obyektinə hücumundan sonra radioaktiv çirklənmə əlamətləri yoxdur.
Bundan əvvəl IRNA xəbər agentliyi İsrailin hücumundan sonra Natanzdakı uranın zənginləşdirilməsi müəssisəsində partlayışın baş verdiyini yazmışdı.