Narkotik satan və alan şəxslər saxlanılıb

Xəbərlər

09.06.2023 - 15:23

Cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir

Şəmkirdə narkotik satan və alan şəxslər saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. 

Qeyd olunub ki, qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Allahyar Məmmədov Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Üstündən heroin aşkarlanan şəxs dindirilmə zamanı narkotik maddəni “Elxan” adı ilə tanıdığı həmyerlisindən aldığını bildirib.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Allahyar Məmmədova narkotik maddəni 20 manata satmaqda şübhəli bilinən Şəmkir rayon sakini Elxan Əliyev də saxlanılıb. Üstündən heroin aşkar edilən Elxan Əliyev istintaqa təhvil verilib.

Şöbə əməkdaşlarının keçirdikləri digər bir tədbir nəticəsində saxlanılan rayon sakini Firuddin Məmmədovdan isə heroin və şprislər aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az