“ABŞ-ın sanksiyaları düşünülməmiş bir addımdır, düşmən hərəkətdir”
“ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları düşünülməmiş və düşmən bir hərəkətdir”. AYNA Rusiya mediasına istinadən bildirir ki, bu sözləri Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin deyib.
Narışkin qeyd edib ki, Vaşinqton düşünmədən belə addım atıb: “Hamımız başa düşürük ki, iki böyük güc - Rusiya və ABŞ arasındakı münasibətlər beynəlxalq sabitlik və təhlükəsizlik səviyyəsini müəyyənləşdirir. Bu baxımdan, hesab edirəm ki, sanksiya qərarı beynəlxalq sabitliyin məhvinə töhfədir”.
Qeyd edək ki, 15 aprel tarixində ABŞ Prezidenti Co Bayden Rusiyaya qarşı yeni sanksiyalar haqqında fərman imzalayıb. Sanksiyalar Rusiyanın 32 fiziki və hüquqi şəxsinə, altı texnoloji şirkətinə tətbiq edilib.