Mühəndis qoşunlarının şəhid olan hərbçilərinin sayı açıqlanıb

Xəbərlər

26.01.2021 - 12:53

143 hərbi qulluqçu isə yaralanıb

 

Vətən müharibəsində mühəndis qoşunlarının 27 hərbi qulluqçusu şəhid olub. AYNA bildirir ki, bu barədə Mühəndis-istehkam işləri və qoşunlarının idarə rəisinin müavini, polkovnik Ceyhun Cəfərov deyib.

 

Onun sözlərinə görə, müharibə zamanı mühəndis qoşunlarının 143 hərbi qulluqçusu yaralanıb: “Hərbi qulluqçularımızın göstərdiyi yüksək peşəkarlıq Ali Baş Komandan tərəfindən qiymətləndirilib. Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaətə, o cümlədən döyüş meydanında vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə mühəndis qoşunlarının 30 nəfərdən çox hərbi qulluqçusu ordenlə, 400-dən çox hərbi qulluqçusu isə müxtəlif medallarla təltif edilib. Bundan başqa müdafiə naziri tərəfindən 300 nəfərdən çox hərbi qulluqçu medalla təltif edilib”.

Müəllif: Ayna.az